82162432-efad-491c-9110-4fdd18566064.webp

Azərbaycan Ordusunda 1992-2004-cü illərdə cinayət törətmiş bəzi şəxslər ifşa olunublar – RƏSMİ

Baxış sayı: 253 dəfə baxılıb.

“Azərbaycan Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam
öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır cinayətlər istintaqı
yenilənməklə araşdırılıb”.

Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuror Xanlar Vəliyev
“Respublika” qəzetinə məqaləsində bildirib.

Onun sözlərinə görə, 2005-ci ildən başlamaqla əvvəlki illərdə də Silahlı
Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən
adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin
dövrdə başlanılan uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik
və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın
yekunlaşdırılması mümkün olmayıb:

“Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi
əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar
tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai
istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da
ibtidai araşdırmanın qurtarması təmin edilib”.

X.Vəliyev vurğulayıb ki, icraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş
istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri,
istintaqçıların peşəkarlığı və əzmi, eləcə də məharətlə həyata keçirilmiş
prosessual uyğun olaraq rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai
araşdırması yekunlaşdırılıb:

“Cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə
hüquqi qiymət verilməsinə nail olunub”.

Source link