01541078-87c2-4ec9-b6a4-dfa090b6f85e..jpg

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi – FOTO

Baxış sayı: 1. 301 dəfə baxılıb.

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi – FOTO

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün
hazırlıq planına uyğun olaraq fevralın 12-də Azərbaycan Ordusunda gənc
əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Mərasimlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən
zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Mərasimlərdə gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edib, Vətənə
sadiq olacaqlarına və layiqli xidmət edəcəklərinə söz veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc
əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətdə
nizam-intizamlı olmağı, silah və texnikanı dərindən öyrənməyi, Vətənin
keşiyində ləyaqətlə dayanmağı arzulayıblar.

Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.

Source link