Azərbaycan ordusunda mühüm dəyişikliklər edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, 3-cü Ordu Korpusu – Şəmkir korpusu
olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional hərbi
birləşməsinin rəhbəri, polkovnik Oruc Abdullayev vəzifəsindən azad edilib.
Onu bu vəzifədə Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu
Korpusunun Komandiri Bilal Çompuzov əvəz edib.
Eyni zamanda, Azərbaycan Ordusunun Laçın Korpusunun Komandiri, general-mayor
Münasib Babayev də tutduğu vəzifədən azad edilib.
Fotoda solda polkovnik Oruc Abdullayev