e391351d-b757-403a-a93f-b7f50334a348..jpg

Azərbaycan Ordusunda qış hazırlıqları – Hansı işlər görülür? + VİDEO

Baxış sayı: 576 dəfə baxılıb.

Azərbaycan Ordusunda qış hazırlıqları – Hansı işlər görülür? + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş
və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks
tədbirlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bütün hərbi hissələr silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və
dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü
materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin
edilir.

Keçirilən kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü
materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, o cümlədən elektrik
və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır.


Source link