Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən,
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı
münasibəti ilə Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun
Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil
müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi
bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa
olunub.
Bayram tədbirlərində çıxış edənlər həmrəylik gününün yaranma tarixi,
əhəmiyyəti, respublikamızın inkişafının möhkəm təməlini qoyan ulu öndərin
əvəzsiz xidmətlərindən və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasını Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanıİlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və digər uğurlu döyüş əməliyyatlarında
qazanılan qələbələrdən, eləcə də bütün sahələrdə tərəqqinin təmin edilməsindən
söz açıblar.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün sənədli filmlər, videoçarxlar,
foto və kitab sərgiləri nümayiş etdirilib, yerli icra hakimiyyəti orqanları,
dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin
iştirakı ilə şəxsi heyətlə görüşlər, mədəni-kütləvi, vətənpərvərlik tədbirləri
keçirilib.
Müdafiə nazirinin tapşırığına əsasən, həmçinin hərbi qulluqçular tərəfindən
uşaq evləri ziyarət olunub, bayram süfrələri açılıb, uşaqlara müxtəlif
hədiyyələr və əyləncəli proqram təqdim edilib.
Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə
Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət
şöbələrinin yaradıcı kollektivləri maraqlı konsert proqramları ilə çıxış
ediblər.