3ea2131c-506e-412c-93d2-3537aad6f401..jpg

Azərbaycan Ordusunda TƏİR kompleksləri üzrə toplanış keçirilib – VİDEO

Baxış sayı: 1. 080 dəfə baxılıb.

Azərbaycan Ordusunda TƏİR kompleksləri üzrə toplanış keçirilib – VİDEO

Azərbaycan Ordusunda 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq tank
əleyhinə idarə olunan raket (TƏİR) kompleksi manqasının komandirləri və
operatorlarının hazırlığı üzrə toplanış keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, heyətlər tərəfindən kompleksin “Döyüşə” və “Səfərə” gətirilmə
qaydaları, hədəfgöstərmə, tuşlama və atışların aparılması üzrə fəaliyyətlər
icra olunub.

Şəxsi heyətin bilik və bacarığının qiymətləndirilməsi, eləcə də vərdişlərin
təkmilləşdirilməsi məqsədilə praktiki atış tapşırıqları uğurla yerinə yetirilib.


Source link