432c29aa-068c-431f-ba6d-770669a7c3c6..jpg

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb – FOTO/VİDEO

Baxış sayı: 829 dəfə baxılıb.

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun
olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi
hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirlərdə döyüş bayrağı sıra meydanına
gətirilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.

Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr
və tələblərini, Azərbaycan Ordusunun qarşında duran vəzifələri, eləcə də digər
məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanıİlham Əliyevin qarşıya qoyduğu tələblərə əsasən qoşunların döyüş
hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə cari tədris
ilində əsas diqqət qabaqcıl metodlardan və yüksək texnologiyadan geniş istifadə
etməklə qoşunların idarəedilməsində operativliyin artırılması, bölmələr
arasında uzlaşmanın təşkili, hərbi qulluqçuların peşəkarlığının daha da
yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldiləcək.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.


Source link