d5aeb4c9-ad0f-41f9-8c9d-4ce5ef00dcb9..jpg

Azərbaycan Ordusunun əsgəri özünü öldürdü – FOTO

Baxış sayı: 629 dəfə baxılıb.

Azərbaycan Ordusunun əsgəri özünü öldürdü – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elcan
Emin oğlu Bağırovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə
Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Bunu Cixisyolu.com-a hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat
xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya
Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış
keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş,
eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş,
müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz
zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi təmin olunacaq.

Source link