f9eb1733-7ca8-43d3-b87d-ac92fd9c8a60..jpg

Azərbaycan Ordusunun artilleriya bölmələrinin təlimindən görüntülər – VİDEO

Baxış sayı: 921 dəfə baxılıb.

Azərbaycan Ordusunun artilleriya bölmələrinin təlimindən görüntülər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq
Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim
keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması,
minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə
fəaliyyətlər məşq etdirilib.

Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv
edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə
tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki
vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə
bacarıqlarının təkmilləşdirilməsidir.


Source link