06c0ae16-8950-420e-ba86-411dd2a84a4a..jpg

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Rusiya sülhməramlılarına təşəkkür edib

Baxış sayı: 517 dəfə baxılıb.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Rusiya sülhməramlılarına təşəkkür edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan Rusiya sülhməramlılarına
göstərdikləri xidmətlərinə görə təşəkkür edib.

“Report”un verdiyi xəbərə əsasən, K.Vəliyev bu barədə Xocalıda sülhməramlı
kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş
tədbirdə deyib.

“Missiyanızın başa çatması münasibətilə sizi təbrik edirəm. Sizə Qarabağda
sülh və stabilliyin təmin olunması üçün cəsarətli xidmətinizə görə təşəkkür
edirəm”, – general-polkovnik vurğulayıb.

Source link