8e057a4c-d2b1-40de-9e9b-5b81fd93a344..jpg

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Pakistana getdi – SƏBƏB + FOTO/VİDEO

Baxış sayı: 547 dəfə baxılıb.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Pakistana getdi – SƏBƏB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi
İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistan İslam Respublikasında
keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi
Orkestr heyəti Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi
sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Pakistan Günü münasibətilə keçiriləcək paradda ölkəmizlə yanaşı,
müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.


Source link