Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanalarda
şəxsi heyətə isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının
hazırlanması məqsədilə çörəkbişirmə sexləri yaradılır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat
məmulatları, müxtəlif çeşidli bulkalar və s. bişirilərək şəxsi heyətin
qidalanmasına daxil edilir.
Nazirliyin məlumatına görə, hazırda Azərbaycan Ordusunun hərbi hissələrində
müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam
etdirilir:
“Yeməklərin keyfiyyətinin və çeşidliyinin daha da artırılması, eləcə də şəxsi
heyətə milli, dadlı və yüksək kalorili, keyfiyyətli xörəklərin hazırlanmasının
təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz
olunub”.