6e75bd5c-1ce0-4e3f-bc40-07279b4d624c..jpg

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib – FOTO

Baxış sayı: 637 dəfə baxılıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib – FOTO

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ramal
İsrafil oğlu Tağıyevin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə
Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun və
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya
Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış
keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb,
eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib,
müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq
hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi təmin olunacaq.

Source link