Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsgər Firuz oğlu Əsədli kəskin ürək və
ağciyər çatışmazlığından vəfat edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi qulluqçu səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə
təxliyə olunub.
O, tibb müəssisəsinə təxliyə olunarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi