c065bc9f-bb48-4c98-9c83-b182873a6df5..jpg

Azərbaycan Ordusunun komandanlıq heyətinin iştirakı ilə konfrans keçirilir

Baxış sayı: 535 dəfə baxılıb.

Azərbaycan Ordusunun komandanlıq heyətinin iştirakı ilə konfrans keçirilir

Sentyabrın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müdafiə
nazirinin müavinləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də ideoloji
iş və mənəvi-psixoloji təminat və hüquq ixtisası üzrə zabitlərin iştirakı ilə
“Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və
hərbi intizamın möhkəmləndirilməsi“ mövzusunda konfrans işinə başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Konfransda cari il ərzində görülən işlər, hərbi hissə komandirlərinin şəxsi
heyətin mənəvi-psixoloji hazırlığı üzrə tədbirlərin təşkili və keçirilməsində
rolu, zabitlərin hərbi qanunvericilik sahəsində rəhbər sənədləri bilməsi,
həmçinin hərbi intizamın gücləndirilməsi, qış dövrünə hazırlıq və bir sıra
digər aktual məsələlər müzakirə olunacaq.

Konfrans sentyabrın 21-nə kimi davam edəcək.

Source link