Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub – VİDEO

Baxış sayı: 944 dəfə baxılıb.

Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub – VİDEO

İyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin
bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca
yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan
Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış
məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə
atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə
adekvat cavab tədbirləri görülüb.


Source link