ece4bdc5-8d05-460d-9713-09f1ba279054..jpg

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub – VİDEO

Baxış sayı: 691 dəfə baxılıb.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub – VİDEO

Sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri
Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun
Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini
atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri
görülüb.

Bundan başqa, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə
yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində
aparılan işlər dərhal dayandırılıb.


Source link