9e1e436a-e1a8-4fd8-bb28-77222a4160c6..jpg

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib – FOTO

Baxış sayı: 881 dəfə baxılıb.

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib – FOTO

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının
təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən, bir
neçə birləşmə və hərbi hissənin cəlb edilməsi ilə keçirilən təlimdə qoşunların
müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr
həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

Təlimin növbəti mərhələsində idarəetmə məntəqələrində əməliyyatlar
planlaşdırılıb, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılıb, praktiki
fəaliyyətdə olan bölmələrin tapşırıqları dəqiqləşdirilib, bölmələr arasında
qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar
hazırlanıb.

Qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun ümumqoşun birləşmələrinin
qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.

Simulyasiya Mərkəzində keçirilən təlimin sonuncu mərhələsində qarşıda duran
tapşırıqların kompüter üzərində məşqi icra edilib. Fəaliyyətlərin nəticələri
təhlil edilən zaman müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyəti
və komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar
qəbuletmə bacarıqları yüksək qiymətləndirilib.

Source link