b577219a-c17b-4987-b627-a3ca9652c4ca..jpg

Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub – VİDEO

Baxış sayı: 612 dəfə baxılıb.

Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub – VİDEO

Sentyabrın 8-də saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin
bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan
Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən
mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə
yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində
aparılan işlər dərhal dayandırılıb.


Source link