5c13a734-3d07-4352-8757-c9222996c2a1..jpg

Azərbaycan Ordusunun tank heyətləri müxtəlif çalışmalar yerinə yetiriblər – VİDEO

Baxış sayı: 865 dəfə baxılıb.

Azərbaycan Ordusunun tank heyətləri müxtəlif çalışmalar yerinə yetiriblər –
VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına
əsasən, ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük
və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş
maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə
məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının
artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.


Source link