ec748e8b-e733-415b-9f7a-2bc23bf66d7c..jpg

Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü – FOTO/VİDEO

Baxış sayı: 638 dəfə baxılıb.

Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Şəhriyar Nizami oğlu
Musayev odlu silahdan istifadə etməklə özünü öldürüb.

Cixisyolu.com-ın sorğusuna cavab verən Azərbaycan Respublikası Hərbi prokurorunun
böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat
Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviriFirad Əliyev bildirib ki, bu barədə
Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

“Daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan
Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya
Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış
keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş,
eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş,
müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz
zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi təmin olunacaqdır” , – deyə o bildirib.


Source link