Azərbaycan Ordusunun zabiti qətlə yetirildi: Saxlanılan var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət
oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil
olub.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan
məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli hərbi prokurorluğunun
və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya
Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış
keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb,
şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri
istintaq hərəkətləri həyata keçirilib.
İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Nizami Eynulla
oğlu Abdullayev tərəfindən aralarında yaranmış mübahisə zəminində qəsdən
öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində
tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi təmin olunacaq.