Azərbaycan-Özbəkistan QHT-lərinin forumu bədii hissə ilə yekunlaşıb –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan
QHT-lərinin forumu bədii hissə ilə yekunlaşıb.
“Report” xəbər verir ki, Füzulidə forumun yekun hissəsində təşkil olunan
konsert proqramında Azərbaycanın tanınmış sənət adamları xalq və bəstəkar
mahnılarından ibarət musiqi nömrələri ifa ediblər.
Həmçinin milli rəqslər nümayiş olunub.
Bədii hissə iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra
Özbəkistan-Azərbaycan milli şirniyyatları ilə çay süfrəsi təşkil edilib.
19:37
Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunda
“İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri keçirilib.
“Report” xəbər verir ki, panel müzakirələrində Özbəkistan Respublikasının Ali
Məclisi yanında qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş
cəmiyyəti institutlarına dəstək ictimai fondunun direktoru Xusanov Otabek
Nişonoviç, Demokratik Proseslərin Təhlili Mərkəzinin direktoru Pərdayev Azamat
Kenzhaboeviç, “Yüksəliş” Milli Hərəkatının sədri Bekmurodov Bobur Mansuroviç,
Qadın və Qızlar Birliyinin sədri Mirodilova Nəsibə Kodladı, Özbəkistan
Könüllülər Birliyinin rəhbəri Abidova Şirin Rəhimjanovna, Özbəkistan Əlillər
Cəmiyyətinin rəhbəri Abdullayev Kamil Kadamoviç fəaliyyət sahələrinə dair
təqdimatlar ediblər.
Panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.
Panelin moderatoru Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov olub.
12:58
Füzuli şəhərində Azərbaycan və Özbəkistan qeyri-hökumət təşkilatlarının
əməkdaşlıq forumu keçirilir.
“Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir hər iki
ölkənin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Forumda Azərbaycan və Özbəkistandan olan deputatlar, şairlər, ictimai xadimlər
və media nümayəndələri iştirak edirlər.