97a9e3cb-0673-4648-afa1-0dcde3aab399..jpg

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 714 dəfə baxılıb.

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumu
çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

M.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş
arzularını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da
inkişaf etdirilməsi və dərinləşdirilməsi, o cümlədən əvvəllər əldə edilmiş
razılaşmaların həyata keçirilməsi kontekstində praktiki əməkdaşlığın
genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Ötən il qarşılıqlı ticarət dövriyyəsi 27 faiz, ilin əvvəlindən isə daha 15
faiz artıb. Avtomobil sənayesi, energetika, kənd təsərrüfatı, elektrotexnika,
tekstil, turizm və digər sənaye sahələrində əməkdaşlıq layihələri həyata
keçirilir.

Söhbət zamanı layihələr portfelinin, o cümlədən Birgə İnvestisiya Şirkətinin
vəsaitlərinin cəlb edilməsi ilə daha da artırılmasının vacibliyi vurğulanıb.

Qeyd edilib ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın növbəti iclası və
iki ölkənin ikinci Regionlar Forumu keçiriləcək.

16:12

Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin
üçtərəfli görüşündə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji
sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”
hesabında məlumat verib.

“Sənədin icrası yaşılenerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə
Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan
səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata
keçirilməsinə təkan verəcək”, – deyə nazir əlavə edib.

Özbəkistana işgüzar səfərimiz çərçivəsində #Azərbaycan
,
#Özbəkistan

və#Qazaxıstan

iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə “Azərbaycan,
Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq
Memorandumu”nu imzaladıq. Sənədin icrası…pic.twitter.com/bPpMOMARmw

— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024

15:55

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana işgüzar səfəri çərçivəsində
energetika naziri Pərviz Şahbazovla Azərbaycan, Özbəkistan və Qazaxıstan
iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə – Mərkəzi Asiya
ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı
perspektivlərinin müzakirəsində iştirak edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə o, özünün şəxsi “X” hesabında məlumat verib.

“Azərbaycan, Özbəkistan və Qazaxıstanın müvafiq nazirliklərinin rəhbərlərinin
Birgə Kommünikesindən irəli gələn məsələlərin icrası, region ölkələrinin enerji
sistemlərinin inkişafının koordinasiyası və yaşılenerji layihələri üzrə birgə
fəaliyyətin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, – deyə nazir əlavə
edib.

Özbəkistana işgüzar səfərimiz çərçivəsində energetika naziri, həmkarım Pərviz
Şahbazovla (@ParvizShahbazov
) birlikdə #Azərbaycan
,
#Özbəkistan

və#Qazaxıstan

iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə – Mərkəzi Asiya
ölkələrindən Azərbaycan ərazisi vasitəsilə…pic.twitter.com/ZS8ksCBirO

— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024

13:28

Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının
iclası keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”
sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı
inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv
təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması
barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması
haqqında Saziş 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində imzalanıb və ölkə
Prezidentinin 14 oktyabr 2023-cü il tarixli nömrəli Sərəncamı ilə təsdiq
edilib. Şirkət Özbəkistanda qeydiyyatdan keçib və onun ümumi kapitalı 500
milyon ABŞ dolları təşkil edir.

Özbəkistana işgüzar səfərimiz zamanı #Azərbaycan

#Özbəkistan

İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında iştirak etdik. Ölkələrimiz
arasında#biznes
və #ticarət

əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı#investisiya

fəaliyyətinin intensiv təşviqi,…pic.twitter.com/pry5wACcGt

— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024

Nazir vurğulayıb ki, Azərbaycanla Özbəkistan arasında hasilat, rəqəmsallaşma,
turizm, infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin imkanları
müzakirə edilib.

Özbəkistana işgüzar səfər çərçivəsində bu ölkənin Yenidənqurma və İnkişaf
Fondunun direktoru Şuxrat Vafayev ilə ölkələrin birgə həyata keçirdiyi
layihələrin perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin
fəaliyyəti, sənaye, sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə
fikir mübadiləsi aparılıb.

Özbəkistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Yenidənqurma və İnkişaf
Fondunun direktoru Şuxrat Vafayev ilə ölkələrimizin birgə həyata keçirdiyi
layihələrin perspektivləri,#Azərbaycan

#Özbəkistan

#İnvestisiya

Şirkətinin fəaliyyəti,#sənaye
,
hasilat, rəqəmsallaşma,…pic.twitter.com/mxID1e10ZZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024

11:22

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və
ticarət naziri Ləziz Kudratov ilə görüşüb.

O bu barədə öz “X” hesabında paylaşım edib.

Nazir görüşdə iqtisadi tərəfdaşlığın gündəliyindəki məsələləri nəzərdən
keçirdiklərini qeyd edib.

#Özbəkistan

-a işgüzar səfərimiz zamanı bu ölkənin investisiyalar, sənaye və ticarət naziri
Ləziz Kudratov ilə keçirdiyimiz görüşdə ikitərəfli#iqtisadi

tərəfdaşlığın gündəliyindəki məsələləri nəzərdən keçirdik:

– #Biznes
subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların…
pic.twitter.com/cyU604djAV
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024

09:50

“Özbəkistan Respublikasına işgüzar səfərimiz çərçivəsində Azərbaycan –
Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında, Daşkənd
Beynəlxalq İnvestisiya Forumunda, həmçinin Özbəkistan və Qazaxıstan nazirləri
ilə üçtərəfli görüşdə iştirak edəcəyik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

Nazir Özbəkistanın bir sıra hökumət nümayəndələri ilə ölkələrimizin ortaq
maraqlarına xidmət edən təşəbbüslər və iqtisadi əməkdaşlığımızın inkişafı
imkanları ətrafında müzakirələr aparacağını deyib.

Özbəkistan Respublikasına işgüzar səfərimiz çərçivəsində #Azərbaycan

#Özbəkistan

İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında, Daşkənd Beynəlxalq
#İnvestisiyaForumu

-nda, həmçinin Özbəkistan və#Qazaxıstan

nazirləri ilə üçtərəfli görüşdə iştirak edəcəyik. Özbəkistanın bir…
pic.twitter.com/uGXPfF61KU
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024

Source link