bc0844d9-e522-4e98-aa25-38ec839d8518..jpg

Azərbaycan pəhləvanı dünya rekordlarına imza atıb – FOTO/VİDEO

Baxış sayı: 581 dəfə baxılıb.

Azərbaycan pəhləvanı dünya rekordlarına imza atıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordlarına imza atıb.

Cixisyolu.com xəbər verir ki, o, bəzi dünya rekordlarını yeniləyib.

Sözügedən tədbir Gənclər və İdman Nazirliyinin binasının qarşısıda keçirilib.

Pəhləvan ilk olaraq yalın ayaqla şüşə qırıntıları üzərində dayanaraq hər iki
əldə bıçağa bağlanmış çəki daşlarını qolları horizontal vəziyyətdə tutmaqla
havada saxlayıb. O, bu zaman bıçağın kəsici hissəsindən tutub. İkinci hərəkətdə
çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını ağız nahiyəsində dişlə yerdən
qaldırıb. Üçüncü hərəkətdə isə kəndirə bağlı vəziyyətdə, mətbəx bıçağını ağız
nahiyəsində dişlə tutaraq avtomobil dartıb.

Prosesi qeydə almaq üçün Azərbaycana gələn Ginnes rekordçuları və Dünya
Rekordlar Federasiyasının nümayəndələri bunu təsdiqləyiblər.

Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media
üzvləri izləyiblər.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Source link