0833ed3d-0754-4b4a-a629-d56f0abf392d.jpg

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib

Baxış sayı: 169 dəfə baxılıb.

Oktyabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib,
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş
şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul
dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib
və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda
görməkdən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında hərbi əlaqələrin
dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan,
Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi
əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti
ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.

General S.Ş.Mirza səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü
bildirib. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində
qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Qonaq 8 Noyabr – Zəfər Günü
münasibətilə müdafiə nazirini təbrik edib.

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və
Səlahiyyətli səfiri cənab Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə, həmçinin
ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın
yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə
görüşüb.

Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari
vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata
keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin
intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı
əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni
perspektivləri müzakirə edilib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib

Source link