0768591a-14c8-4840-96d5-8dab1fa563cf..jpg

Azərbaycan parataekvondoçuları Qran-pridə iki qızıl və bir bürünc medal qazanıblar

Baxış sayı: 687 dəfə baxılıb.

Azərbaycan parataekvondoçuları Qran-pridə iki qızıl və bir bürünc medal
qazanıblar

Azərbaycan parataekvondoçuları Meksikanın Verakrus ştatında keçirilmiş
Qran-pridə üç medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, baş məşqçi Fərid
Tağızadənin yetirmələrindən İmaməddin Xəlilov (70 kq) və Sabir Zeynalov (58 kq)
bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar.

Yığmanın hesabına digər mükafatı Əbülfəz Abuzərli (80 kq) yazdırıb. O, bürünc
medala yiyələnib.

Qeyd edək ki, idmançılar eyni məkanda dünya çempionatına da qatılacaqlar.
Mundial sentyabrın 21-24-də baş tutacaq.

Source link