b6f1d71d-2e69-4cd9-80d2-9472fb49eac0..jpg

Azərbaycan poloçuları möhtəşəm qələbə ilə finala yüksəldilər – FOTO

Baxış sayı: 620 dəfə baxılıb.

Azərbaycan poloçuları möhtəşəm qələbə ilə finala yüksəldilər – FOTO

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında
Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir.

Sentyabr ayının 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə
qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.

Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqiylə geridə başlayan
millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın etməyi
bacarıb.

Rəqib komandanın qapısından zərbələrin üçünü Tərlan Qurbanəliyev, birini Elçin
Camallı və ikisini Joakin Kopello keçirib.

Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda
7-5 hesabıyla ispanlar qalib olublar.

Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq çempionatın final oyunu
10 sentyabr tarixində keçiriləcək.

Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız gərgin mübarizədə 6:5 hesabı
ilə İspaniya yığmasına qalib gəlmişdi.

Source link