d5f45f12-9d50-4eee-861f-9b28097d12e3..jpg

Azərbaycan poloçuları yenə dünya kubokunu qazandılar – FOTO/VİDEO

Baxış sayı: 916 dəfə baxılıb.

Azərbaycan poloçuları yenə dünya kubokunu qazandılar – FOTO/VİDEO

Azərbaycan poloçuları İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci
qarüstü polo üzrə dünya kubokunu qazanıblar.

Bu barədə Cixisyolu.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Yanvarın 26-da start götürən və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə
ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının
təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edib.

Bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş
komandamız turnirin final qarşılaşmasında İsveçrənin “Sankt Moritz” komandası
ilə üz-üzə gəlib.

Yanvarın 29-da baş tutmuş final oyunu gərgin mübarizə şəraitində keçib. Oyunun
əsas vaxtı heç-heçə ilə tamamlanıb, əlavə olunan vaxtda yerli azarkeşlərin
rəqib komandanı dəstəkləməsinə baxmayaraq, “Land of Fire” komandası prinsipial
oyunda qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanıb.

Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim
olunub.

Qeyd edək ki, bununla da Azərbaycan poloçuları artıq ikinci dəfə qarüstü polo
üzrə dünya kubokunu qazanıblar.


Source link