16067a7a-3e3d-4fc7-9eb7-a288589973fb..jpg

Azərbaycan Premyer Liqası: 29 günlük fasilə Gəncədə başa çatacaq

Baxış sayı: 875 dəfə baxılıb.

Azərbaycan Premyer Liqası: 29 günlük fasilə Gəncədə başa çatacaq

Azərbaycan Premyer Liqasında 29 günlük fasilə başa çatacaq.

“Report”un məlumatına görə, bu gün XIX tura start veriləcək.

Qış fasiləsindən sonra 2023-cü ilin ilk rəsmi oyunu Gəncədə baş tutacaq.
Autsayderlər zonasında qərarlaşan “Kəpəz” avrokuboklara vəsiqəni iddia edən
“Qəbələ”ni qəbul edəcək. Sonuncu dəfə 2017-ci ilin sentyabrında rəqibinə məğlub
olan “qırmızı-qaralar” 5 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirməyə
çalışacaq.

Gəncə şəhər stadionunda saat 14:00-da başlayacaq matçın baş hakimi Elçin
Məsiyev olacaq. Hazırda “Qəbələ” 25 xalla turnir cədvəlinin 5-ci, “Kəpəz” isə
12 xalla 9-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, XIX turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək.
Ayın 25-də “Qarabağ” “Turan Tovuz”un (14:00), “Sumqayıt” “Zirə”nin (16:30)
qonağı olacaq, ertəsi gün “Şamaxı” “Səbail”i (14:00), “Sabah” isə “Neftçi”ni
(19:00) qəbul edəcək.

Source link