217c40b4-25ad-47ac-9707-4937769419f1.webp

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” “Şamaxı”nı məğlub edib

Baxış sayı: 48 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasının X turunda “Araz-Naxçıvan” komandası səfərdə
“Şamaxı”nı məğlub edib.

Cixisyolu.com xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Elmar
Baxşıyevin rəhbərlik etdiyi Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə
yekunlaşıb.

Yeganə qolu 73-cü dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.

Qeyd edək ki, X turda bu gün daha bir matç baş tutacaq. “Səbail” səfərdə
“Neftçi”nin qonağı olacaq. Turun ötən gün keçirilən “Kəpəz” – “Qarabağ”
görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb – 5:0.

09:22

Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.

Cixisyolu.com xəbər verir ki, əvvəlcə “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul
edəcək.

Şamaxı şəhər stadionunda saat 15:30-da başlayacaq qarşılaşmanı Fərid Hacıyev
idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin
6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.

“Səbail” komandası səfərdə “Neftçi”nin qonağı olacaq. “Neftçi” Arena”da saat
18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. “Səbail” 7 xalla
yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5
xala malikdir.

Azərbaycan Premyer Liqası

II dövrə, X tur

19 oktyabr

15:30. “Şamaxı” – “Araz-Naxçıvan”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Şamaxı şəhər stadionu.

18:00. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

“Neftçi Arena”.

Qeyd edək ki, turun ötən gün baş tutan “Kəpəz” – “Qarabağ” görüşündə Ağdam
təmsilçisi böyükhesablı qələbə qazanıb – 5:0.

Source link