b61b1944-0b18-4390-9a0f-fad660f8c9d6..jpg

Azərbaycan Premyer Liqası: “Bayquşlar” 24-cü oldular

Baxış sayı: 609 dəfə baxılıb.

Azərbaycan Premyer Liqası: “Bayquşlar” 24-cü oldular
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının X turunun “Sumqayıt”la ev oyunundakı qələbəsi
“Sabah” üçün əlamətdar olub.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, 3:1 hesabı ilə qalib gələn
“bayquşlar” Azərbaycan çempionatlarında öz meydanında 30-cu dəfə üç xal qazanıb.

Premyer Liqada 2018-ci ildə debüt edən paytaxt təmsilçisi buna 75-ci matçında
nail olub. “Sabah” ölkə çempionatları tarixinə evdə 30 və daha çox qələbə
qazanan 24-cü komanda kimi düşüb.

Bakılıların ilk belə uğuru 2017/18 mövsümünə təsadüf edib. 2018-ci il
sentyabrın 16-da “Qəbələ”ni qəbul edən “Sabah” 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Murad Musayevin yetirmələri cari mövsümdəki qələbəsizlik
seriyasına da son qoyublar. I turun avqustun 6-da keçirilən “Qəbələ” ilə ev
görüşündə 5 cavabsız qol vuran “Sabah” sonrakı 7 görüşdə 4 heç-heçə edib və 3
məğlubiyyət alıb. “Sumqayıt”la matçadək ardıcıl 3 sülhə imza atan komanda 76
gündən sonra qələbə sevinci yaşayıb.

Source link