1687d0fb-edf3-4f5f-b9e4-07afe8d78e59..jpg

Azərbaycan Premyer Liqası dünyanın 50 ən səviyyəli çempionatları sırasında

Baxış sayı: 896 dəfə baxılıb.

Azərbaycan Premyer Liqası dünyanın 50 ən səviyyəli çempionatları sırasında

Futbol üzrə Azərbaycan çempionatının reytinqi açıqlanıb.

Reytinq Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası(IFFHS)
tərəfindən hazırlanıb.

Belə ki, Azərbaycan Premyer Liqası dünyada öz səviyyəsinə görə 41-ci yerə
layiq görülüb. Çempionatımız 349,25 xala malikdir.

Azərbaycanla qonşuluqda yerləşən ölkələr arasında Rusiya reytinqdə 80-ci, İran
63-cü, Gürcüstan 65-ci, Ermənistan isə 55-cidir.

Qardaş Türkiyə çempionatı siyahıda 582,5 xalla 15-cidir.

Siyahıya Braziliya başçılıq edir – 1181 xal. İngiltərə 1086 xalla ikinci,
İspaniya 967 xalla üçüncüdür.

Mənbə: Iffhs.com

Source link