8ab4097a-0f6d-454f-894a-69ddd1312bbc.jpg

Azərbaycan Premyer Liqası: “Kəpəz” “Neftçi”yə qalib gəlib

Baxış sayı: 301 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasında “Kəpəz” “Neftçi”yə qalib gəlib.

Cixisyolu.com xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda
“ağ-qaralar”ı qəbul edən Gəncə təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb
– 4:3.

Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub.
Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq
komandadan Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5)
adını tabloya yazdırıb.

Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan “Kəpəz”
hesabına ilk 3 xalı yazdırıb. “Neftçi” isə 5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.

10:20

Bu gün Azərbaycan Premyer Liqasının IX turunda “Kəpəz” Tovuz şəhər stadionunda
“Neftçi”ni qəbul edəcək.

Cixisyolu.com xəbər verir ki, birinci dövrənin son turunda iki köklü klub mövsümdə
ilk qələbələrini qazanmaq üçün mübarizə aparacaq. Bakı klubu geridə qalan
səkkiz turda qələbəyə həsrətdirsə, qərblilər indiyədək heç bir xal da qazana
bilməyiblər.

Qeyd edək ki, tura oktyabrın 6-da yekun vurulacaq.

4 oktyabr

Azərbaycan Premyer Liqası

IX tur

“Kəpəz” – “Neftçi”

Saat 17:00, Tovuz şəhər stadionu

Baş hakim: Rəşad Əhmədov

Source link