fbfb5b4d-31a7-44a5-9d20-15569239733e..jpg

Azərbaycan Premyer Liqası: “Qəbələ” “Zirə”ni qəbul edir – AFİŞA

Baxış sayı: 760 dəfə baxılıb.

Azərbaycan Premyer Liqası: “Qəbələ” “Zirə”ni qəbul edir – AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.

Cixisyolu.com xəbər verir ki, açılış oyununda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Qəbələ
şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Hazırda bölgə təmsilçisi 36 xalla 5-ci, Bakı klubu isə 38 xalla 4-cü pillədə
qərarlaşıb.

Turun “Səbail” – “Sabah” və “Sumqayıt” – “Neftçi” oyunları aprelin 8-də,
“Turan Tovuz” – “Şamaxı” və “Qarabağ” – “Kəpəz” matçları isə aprelin 9-da
olacaq.

Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel (cümə)

17:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.

Source link