254ad0fd-d708-4082-9407-687e248c1132.jpg

Azərbaycan Premyer Liqası: “Səbail” “Şamaxı”nı məğlub edib

Baxış sayı: 27 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasında “Səbail” “Şamaxı”nı məğlub edib.

Cixisyolu.com xəbər verir ki, IX turun növbəti oyununda paytaxt təmsilçisi 2:0
hesablı qələbəyə sevinib.

Qarşılaşmada ilk qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapısından keçirib.
68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran “Səbail” turnir cədvəlində
7-ci pilləyə yüksəlib. “Şamaxı” isə 12 xalla 6-cı sırada qərarlaşıb.

Günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qeyd edək ki, turun açılış matçında “Kəpəz” “Neftçi”ni 4:3 hesabı ilə məğlub
edib.

09:24

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında (APL) IX turun daha iki oyunu
keçiriləcək.

Cixisyolu.com-ın APL-in rəsmi saytına istinadən məlumatına görə, günün ilk matçında
“Səbail” evdə “Şamaxı”nı qəbul edəcək.

“ASCO Arena”da start götürəcək görüş saat 17:00-da başlayacaq.

Ardınca saat 19:30-da “Sabah” klubu “Araz-Naxçıvan” kollektivini sınağa
çəkəcək. Qarşılaşma “Bank Respublika Arena”da gerçəkləşəcək.

Xatırladaq ki, dünən turun açılış matçında “Kəpəz” komandası “Neftçi” üzərində
4:3 hesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

IX tur, 5 oktyabr

17:00. “Səbail” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov;

VAR: İnqilab Məmmədov;

AVAR: Namik Hüseynov;

Hakim-inspektor: İmanxan Sultani;

AFFA nümayəndəsi: Kifayət Mustafayeva;

Stadion: “ASCO Arena”.

19:30. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev;

VAR: Rauf Cabarov;

AVAR: Rəhman İmami;

Hakim-inspektor: Rəhim Həsənov;

AFFA nümayəndəsi: Zümrüd Ağayeva;

Stadion: “Bank Respublika Arena”.

Source link