7fa13bee-4739-4f5a-81e9-c0713e1db0de..jpg

Azərbaycan Premyer Liqası: “Sabah” “Zirə”yə qalib gəlib – YENİLƏNİB + VİDEO

Baxış sayı: 508 dəfə baxılıb.

Azərbaycan Premyer Liqası: “Sabah” “Zirə”yə qalib gəlib – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Cixisyolu.com xəbər verir ki, günün ikinci matçında “Zirə” “Sabah”ı qəbul edib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 44-cü dəqiqədə “Sabah”ın
yarımmüdafiəçisi Elvin Camalov ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
90+9-cu dəqiqədə isə Sofian Çakla penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Qarabağ” “Kəpəz”ə qalib gəlib. Turun
açılış oyununda “Turan Tovuz” evdə “Səbail”i məğlub edib – 3:1. XX tura
yanvarın 28-də yekun vurulacaq.

09:26

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu
keçiriləcək.

Cixisyolu.com-ın məlumatına görə, ilk olaraq son çempion “Qarabağ” “Kəpəz”lə üz-üzə
gələcək. Ağdam təmsilçisi 44 xalla liderdir. Gəncə klubu 17 xalla 9-cu
sıradadır.

Günün ikinci matçında “Zirə” “Sabah”ı qəbul edəcək. Meydan sahibləri 30 xalla
ikinci, qonaqlar 23 xalla 8-ci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XX tur

15:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ilk qarşılaşmasında “Turan Tovuz” evdə “Səbail”ə qalib
gəlib – 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.

Source link