5b5502a9-1970-4ee4-b450-f9570108d8dd..jpg

Azərbaycan Premyer Liqası: “Sumqayıt” iki illik tilsimi qırmaq istəyir, “Qəbələ” “Zirə”yə qarşı – AFİŞA

Baxış sayı: 1. 021 dəfə baxılıb.

Azərbaycan Premyer Liqası: “Sumqayıt” iki illik tilsimi qırmaq istəyir,
“Qəbələ” “Zirə”yə qarşı – AFİŞA

Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, hər iki matçda paytaxt klubları bölgə təmsilçilərini
qəbul edəcəklər.

İlk olaraq “Zirə” ilə “Qəbələ” meydana çıxacaq. Bu komandalar Konfrans
Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqiblər sayılırlar.
“Qəbələ” səfərdə qalib gələcəyi təqdirdə, rəqibi ilə xal fərqini 2-yə endirəcək.

Bu görüşün ardından “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək. Son 7 görüşdə
rəqibini məğlub edə bilməyən “Sumqayıt” iki illik tilsimi qırmağa çalışacaq.

Hazırda “Neftçi” 41 xalla üçüncü, “Zirə” 31 xalla dördüncü, “Qəbələ” 26 xalla
beşinci, “Sumqayıt” isə 15 xalla səkkizinci yerdə qərarlaşır.

Azərbaycan Premyer Liqası
XXI tur
5 fevral

16:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu

18:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”

Qeyd edək ki, turun ilk matçında “Kəpəz” və “Qarabağ” birincilərin meydanında
qollu heç-heçə ediblər – 1:1.

Fevralın 6-da “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” görüşləri
keçiriləcək.

Source link