f9b518b7-e9bb-45e7-a915-15530081da0d..jpg

Azərbaycan Premyer Liqası: Turun ikinci oyununda da qol vurulmayıb – YENİLƏNİB

Baxış sayı: 514 dəfə baxılıb.

Azərbaycan Premyer Liqası: Turun ikinci oyununda da qol vurulmayıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyununda qol
vurulmayıb.

“Report”un məlumatına görə, günün ilk matçı Bakıda baş tutub.

“ASCO Arena”da “Səbail” “Zirə”ni qəbul edib. Qarşılaşma qolsuz başa çatıb.
Meydan sahibləri 27 xalla 3-4-cü yerləri bölüşdürür. Qonaqlar isə 30 xalla
ikincidir.

Günün digər görüşündə “Kəpəz” “Turan Tovuz”la görüşəcək.

Qeyd edək ki, ötən gün “Sabah” – “Neftçi” matçında qolsuz heç-heçə qeydə
alınıb. Turun “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları
yanvarın 23-də keçiriləcək.

09:24

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu
keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, ilk matç Bakıda reallaşacaq.

Paytaxt təmsilçilərinin duelində “Səbail” “Zirə”ni qəbul edəcək. Görüş saat
15:00-da başlayacaq. Meydan sahibləri 26 xalla 5-ci, qonaqlar 29 xalla 3-cü
pillədə qərarlaşıblar.

Günün ikinci görüşü Qəbələ şəhər stadionunda gerçəkləşəcək. “Kəpəz” və “Turan
Tovuz” komandaları qərb derbisində qarşılaşacaqlar. Bu matç isə saat 17:30-a
təyin edilib. Gəncə təmsilçisi 14 xalla 9-cu, Tovuz klubu 22 xalla 8-ci
sıradadır.

Azərbaycan Premyer Liqası

XIX tur

15:00. “Səbail” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“ASCO Arena”

17:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, ötən gün “Sabah” – “Neftçi” matçında qolsuz bərabərlik qeydə
alınıb. Turun “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları
yanvarın 23-də keçiriləcək.

Source link