bbb9b9fc-3c1f-4c61-b88c-c6959ab15ea7.webp

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə bir oyunla start veriləcək

Baxış sayı: 25 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə bu gün bir oyunla start veriləcək.

Cixisyolu.com xəbər verir ki, X turun ilk qarşılaşması Tovuz şəhər stadionunda baş
tutacaq.

21 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” 3 xalla sonuncu – onuncu
pillədə qərarlaşan “Kəpəz”in qonağı olacaq.

Görüşü Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Azərbaycan Premyer Liqası

II dövrə, X tur

18 oktyabr

18:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov.

VAR: Kamal Umudlu.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Tovuz şəhər stadionu.

Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.

Source link