Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olacaq? –
RƏSMİ AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların
sayında artım olmayacaq”.
Cixisyolu.com xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra
jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasının gündəliyində dörd əsas mövzu
müzakirə olunub.
İclasda AFFA-nın inkişafı strategiyası, inkişaf hədəflərinin müəyyən olunması
və strategiyanın yazılması, Azərbaycan Premyer Liqasında komanda sayının
artırılması, 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limiti və 2024-cü il
üçün AFFA büdcəsi müzakirə olunub.
“Bunun üçün yetərli qədər infrasturktur, idman bazaları olmalı, hakimlər
çoxluq təşkil etməlidir. Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini
artırmaqdır. Lakin gələcək illərdə klub sayının artırılması məsələsinə yenidən
baxılacaq. Bugünkü iclasda bütün məsələlər müzakirə olunsa da, ümumi qərar
qəbul edilməyib. Məhz buna görə də, daha sonra yenidən brifinq keçiriləcək.
Müzakirə olunacaq məsələlər çoxdur”, – deyə Rövşən Nəcəf komanda sayının
artırılmamasının səbəbləri barədə danışarkən bildirib.
Anar Həsənov