c244e50b-efb4-4cb7-8720-1da636f9d3e4..jpg

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Baxış sayı: 973 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb.

“Report”un məlumatına görə, bu, XVIII turda üç böyükhesablı nəticənin qeydə
alınması sayəsində mümkün olub.

“Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla
qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 0:6 hesabı ilə qələbə qazanıb.

Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız XII turda belə nəticələr qeydə
alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4
cavabsız qolla üstələyib.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top
fərqi qeydə alınıb.

Source link