a39806d9-633a-49a4-872f-50c231720a9b.jpg

Azərbaycan Premyer Liqasında son səkkiz mövsümün antirekordu qeydə alınıb

Baxış sayı: 185 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasının XII turu aşağı məhsuldarlıqla əlamətdar olub. Baş
tutan beş görüşdə beş qol vurulub.

Cixisyolu.com Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki,
yalnız “Şamaxı” – “Zirə” görüşündə (0:2) iki qol qeydə alınıb. “Neftçi” –
“Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi
1:0) matçlarında bir top vurulub.

Turun mərkəzi görüşü sayılan “Turan Tovuz”la “Qarabağ”ın matçı isə qolsuz başa
çatıb. Turda orta məhsuldarlıq 1.00-ə bərabər olub.

Qeyd edək ki, bu, son səkkiz mövsümün antirekordudur. Həm eyni, həm də daha
aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın
keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1.00), II turda cəmi 3 (orta
məhsuldarlıq 0.75) qol qeydə alınıb.

Source link