3944aadb-e56c-40c2-8e02-901ea87ef794..jpg

Azərbaycan Premyer Liqasında XXI tur Qəbələdə başa çatacaq

Baxış sayı: 737 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasında XXI tur Qəbələdə başa çatacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

Cixisyolu.com-ın məlumatına görə, sonuncu oyunda “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə
gələcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq.
Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.

Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır.

Azərbaycan Premyer Liqası

XXI tur

5 fevral

15:00. “Kəpəz” – “Araz-Naxçıvan”

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Asif Əliyev.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, XXI turda “Qarabağ” “Səbail”i, “Sumqayıt” isə “Neftçi”ni 2:1
hesabı ilə üstələyib. “Sabah” – “Turan Tovuz” və “Qəbələ” – “Zirə” matçları 1:1
hesabı ilə yekunlaşıb.

Source link