5eefe1a6-8a26-43f1-a26c-db8c61849ab2..jpg

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti iki oyunu keçiriləcək

Baxış sayı: 623 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti iki oyunu keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında bu gün XXVIII turun növbəti iki oyunu keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq.

Medallar uğrunda mübarizə aparan komandaların duelləri müvafiq olaraq “ASCO
Arena” və “Bank Respublika Arena”da gerçəkləşəcək.

Azərbaycan Premyer Liqası

XXVIII tur

30 mart

16:30. “Səbail” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“ASCO Arena”

19:00. “Sabah” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXVIII tura martın 29-da iki oyunla
start verilib. “Neftçi” səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib. Tofiq
Bəhramov adına Respublika stadionunda “Kəpəz”i darmadağın (6:1) edən “Qarabağ”
isə sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib.

Source link