5affad9c-35d5-4d77-b6bc-3b2eaf0595bf.jpg

Azərbaycan Premyer Liqasının dəyərində artım olub

Baxış sayı: 261 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasının (APL) dəyərində ötən mövsümlərə nisbətdə artım
müşahidə olunub.

Cixisyolu.com xəbər verir ki, APL-in ən dəyərli komandası “Qarabağ” olub. “Köhlən
atlar”ın ümumi qiyməti 20.23 milyon avrodur. “Neftçi” 12.88 milyon avro ilə
ikinci, “Sabah” isə 11.75 milyon avro ilə üçüncü sırada qərarlaşıb.

Çempionatın dəyərinə görə ən aşağı komandası isə “Şamaxı”dır. Bu mövsümdən
elitaya yenidən qayıdan “şirlər”in qiyməti 3.03 milyon avrodur.

Premyer Liqanın ən bahalı futbolçusu isə Juninyodur. “Qarabağ”da çıxış edən
braziliyalı hücumçunun qiyməti 2 milyon avrodur.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının dəyəri 89.65 milyon avro olaraq
göstərilib. Liqanın dəyəri ötən mövsümə nisbətən 9.60 milyon avro artıb.

Source link