Azərbaycan Premyer Liqasının oyununda dava: Məşqçilər bir-birinə hücum etdi – FOTO/VİDEO

Baxış sayı: 1. 833 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasının 11-ci turunda keçirilən “Keşlə” – “Neftçi” oyununda ara qarışıb. 

“Qafqazinfo” xəbər verir ki, matçın 86-cı dəqiqəsində qonaqların kapitanı Emin Mahmudov rəqib oyunçu Con Kamaraya qarşı kobud oynayıb. 

“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli rəqib oyunçulara kobudluğa görə hücum çəkib.  

Daha sonra məşqçilər arasında qalmaqal yaşanıb.  

Tərlan Əhmədovla “Neftçi”nin köməkçisi məşqçisi Fizuli Məmmədov bir-birinin üzərinə gedib.  

Daha sonra futbolçular araya girərək məşçiləri sakitləşdirib.