2ae5af48-93f4-4964-bb5c-ae36bd21f18b..jpg

Azərbaycan Prezidenti: “Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik”

Baxış sayı: 1. 043 dəfə baxılıb.

Azərbaycan Prezidenti: “Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi
işləyirik”

“Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün
bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır”.

AZƏRTAC

xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev
yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya
Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.

Dövlətimizin başçısı bildirib:

“Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik.
Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək,
çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və
Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları
yaradır”.

Source link