a93b8df2-42b4-4fca-93d2-3eec491ac997..jpg

Azərbaycan Prezidenti: “Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə onların hüquqlarını da nəzərə almışdıq”

Baxış sayı: 607 dəfə baxılıb.

Azərbaycan Prezidenti: “Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə onların
hüquqlarını da nəzərə almışdıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox
etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan
insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh
içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Bizim Qarabağ
ermənilərinə etdiyimiz təklifdə, hansı ki, yeri gəlmişkən, ictimai şəkildə
açıqlanıb, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq. Onların dil,
tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdıq. Onlar bələdiyyə seçkiləri
vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə
bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz
məlumata əsasən, bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası
“sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə
ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra
bilməzdik”.

AZƏRTAC

xəbər verir ki, bu fikri Azərbaycan Prezidentiİlham Əliyev “Euronews”
televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib:

“Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə onlara maksimum dərəcədə
rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilib. Azərbaycanlılar
otuz il bundan əvvəl ya qətlə yetirilib, ya da deportasiya olunub, işgəncələrə
məruz qalıb, həbs ediliblər və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq
məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölüblər. Bu, sənədlərlə təsdiq
edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da
sənədləşdirilib və hər şey humanitar standartlara əsasən edilib”.

Qayıtmaq istəyən ermənilərin Azərbaycanın açdığı elektron portalda
qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək
istədiklərini bildirməli olduqlarını vurğulayan dövlət başçısı qeyd edib:

“Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların
müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi
bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların
qeydinə qalır, onları qeydiyyata salır”.

Source link