bd16cb0f-5772-4bc4-a352-ba32967393ab..jpg

Azərbaycan Prezidenti Bolqarıstanın Milli bayramı münasibətilə bolqarıstanlı həmkarını təbrik edib

Baxış sayı: 846 dəfə baxılıb.

Azərbaycan Prezidenti Bolqarıstanın Milli bayramı münasibətilə bolqarıstanlı
həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Milli bayramı münasibətilə
bolqarıstanlı həmkarı Rumen Radevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycanın Bolqarıstanla
əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. “Dost
ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi
dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik
inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə
əldə etdiyimiz nailiyyətlər bizi sevindirir”, – deyə təbrikdə qeyd olunur.

Məktubda daha sonra deyilir: “Keçən ilin oktyabrında Bolqarıstana etdiyim
rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji
təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun
istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər
verir”.

Azərbaycan Prezidenti enerji sektorunda səmərəli işbirliyinin ticarət,
nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr
və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə
edib.

Source link